CEC
Elmi şoular

Köpüklər şousu – 20 dəqiqə /yaş 5+
Köpüklər şousu XEM-də təqdim olunan ən maraqlı və əyləncəli şoulardan biridir. Bu şouda əsrarəngiz köpüklər dünyası tədqiq olunur. Şounun iştirakçıları nəinki rəngarəng köpüklərin nəhəng ölçü və formalarından zövq alır, onlar həm də bunun arxasında olan elmi araşdırırlar. Onlar köpüklərin tərkibini, molekul srtukturunu, nə üçün həmişə kürə forması aldıqlarını və digər maraqlı faktları öyrənirlər.

Yerin cazibə qüvvəsi şousu- 20 dəqiqə / yaş 8+
Yerin cazibə qüvvəsi şousu cazibə qüvvəsinin maraqlı misallarla və interaktiv yolla təqdim olunduğu bir şoudur. Bu şousa siz Qaliley və Nyutonun kəşfləri, cazibə qüvvəsinin təsirini göstərən eksperimentlər və ona qalib gəlməyə çalışan şarlı raketi görəcəksiz.

Təzyiq şousu - 20 dəqiqə / yaş 10+
XEM-in ən məşhur şoularından biri. Şounun iştirakçıları bizim hər gün müxtəlif situasiyalarda rastlaşdığımız təzyiq haqqında öyrənirlər. Bu şouda onlar əyləncəli eksperimentlər, gözlənilməz elm, təzyiqin neft və qaz sənayesində istifadəsinin şahidi olurlar.

Qüvvə şousuQüvvəl şousu
Bizi əhatə edən qüvvələrlə əlaqəli olan, maraqlı faktları elmi eksperimentlərlə sübut edən bir şoudur. Görünən və görünməyən qüvvələrin həyatımızda nə kimi rolu olduğunu bilmək istəyirsinizmi? Onda mütləq bu şouya baxmağa gəlin.

Qüvvə şousuTəbii qaz şousu
Heç evdə qaz pilətəsini yandırarkən bu müasir rahatlığın qədimin qalığı olması haqda fikirləşmisizmi? Bu şouda siz təbii qazın necə yaranması, üstünlükləri və hal-hazırda dünyada qlobal problemə çevrilmiş İstixana effekti haqqında geniş məlumat alacaq, sonda isə CO2-nin eksperiment yolu ilə necə yaranmasının şahidi olacaqsınız.